Koronavirusla mübarizədə ümid qığılcımları yaranır - ÜST
    • 11-08-2020, 09:29
    • 646

Koronavirusla mübarizədə ümid qığılcımları yaranır - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus, dünyada çox sayda yoluxma və ölüm olmasına baxmayaraq, koronavirusla mübarizədə ümid qığılcımlarının olduğunu söyləyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST rəhbəri çoxunun kədərləndiyini və bu halın dünya üçün çətin an olduğunu bildirib:"Aydınlıq gətirmək istəyirəm ki, virusla bağlı ümidin yaşıl cücərtiləri var və bir ölkənin, bölgənin, şəhərin və ya qəsəbənin yerləşməsindən asılı olmayaraq, COVID-19-ın yayılmasının qarşısını almaq heç vaxt gec deyil".

Gebreyesus bəzi ölkələrin koronavirusun yayılmasını erkən mərhələdə dayandırmağı bacardıqlarını əlavə edib:"Bu ölkələrə Yeni Zelandiya və Ruanda, habelə Karib və Sakit okean ərazilərindəki bir sıra ada dövlətləri daxildir".

O, digər ölkələri virusu yenidən yatırmağa çağırıb.