Dəfn edilən kişi 2 gün sonra EVƏ QAYITDI
    • 11-08-2020, 17:40
    • 637

Dəfn edilən kişi 2 gün sonra EVƏ QAYITDI

Hindistanda bir kişi dəfnindən iki gün sonra evinə qayıdıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən kişi həyat yoldaşı ilə mübahisə edərək evdən gedib. Evə qayıtmayan şəxsin qohumları narahat olduqları üçün polisə müraciət ediblər.

Bir müddət sonra polis itkin düşmüş şəxsə bənzəyən cəsəd aşkarlayıblar. Cənazə mərasimi də eyni gündə baş tutub.

Ancaq iki gün sonra "ölən" kişi evə qayıdıb. O bildirib ki, həyat yoldaşı ilə mübahisədən sonra iş tapıb və buna görə evə gec qayıdıb.

Kişinin ailəsi onun ölmədiyi üçün seviniblər.