Avtomobil vuran iki piyada öldü
    • 12-08-2020, 13:28
    • 675

Avtomobil vuran iki piyada öldü

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, hadisə avqustun 11-də saat 22 radələrində Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. 

Qəsəbə sakini E.Rəhimov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. 
Həmin şəxs hadisə yerində ölüb. 

Ölümlə nəticələnən digər yol-nəqliyyat hadisəsi Xırdalan şəhəri ərazisində baş verib. 

Şəhər sakini M.Kazımov idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Eldəniz Rüstəmovu vurub. 

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.