DSX-nin hərbi qulluqçularına fəxri adlar verildi
    • 17-08-2020, 13:50
    • 556

DSX-nin hərbi qulluqçularına fəxri adlar verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

News24.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar həkim”

Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı

“Əməkdar tibb işçisi”

Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.