Bakıda anbar yanıb
    • 18-08-2020, 10:21
    • 662

Bakıda anbar yanıb

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 650 kv.m olan anbar kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.