-
- 18-08-2020, 11:58
- 658
1 tona yaxın narkotik tərkibli çətənə kolu dövriyyədən çıxarıldı - DİN
Narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan dəstə üzvlərinə qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Baş İdarəyə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ sahələrindən birində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi bardə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və cinayətkar dəstəyə daxil olan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Toplanan çoxsaylı sübutlar və təkzibedilməz faktlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.
Baş İdarə əməkdaşları tərəfindən həmin ünvanda keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Bakı şəhəri Sabunçu rayon sakinləri Çingiz Talıbzadə və Samir Mirzəyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların icarə əsasında götürdükləri Novxanı qəsəbəsindəki istixanaya baxış zamanı ümumi çəkisi 970 kiloqram olan 1813 ədəd narkotik tərkibli çətənə bitkisi və 105 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadələrində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiklərini bildiriblər.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Çingiz Talıbzadə və Samir Mirzəyev təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.