Saray qəsəbəsinin bu ərazisinə avtobuslar işləyəcək
    • 19-08-2020, 16:33
    • 734

Saray qəsəbəsinin bu ərazisinə avtobuslar işləyəcək

Saray qəsəbəsi "Yeni yol" adlnan ərazidə yaşayan sakinləri ictimai nəqliyyatla təmin olunublar.

News24.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova sözügedən əraziyə 523 saylı marşrut xəttinin 2 avtobusu ayrıldığını bildirib:

"Əvvəllər Saray qəsəbəsi "Yeni yol" adlandırılan əraziyə marşrut xətti olmayıb, yalnız ona yaxın yerlərdən avtobuslar keçib. Xəttin olmaması səbəbindən orada yaşayan sakinlər əziyyət çəkirdi, ən çox da yaşlı nümayəndələr. Baxmayaraq ki, "Yeni yol" adlandırılan ərazidə avotbuslardan istifadə edənlərin sayı xeyli azdır, DANX sakinlərin müraciətini nəzərə alaraq 523 saylı marşrut xəttinin 2 avtobusunu o ərazidən saldı".

N. Allahyarova qeyd edib ki, gələcəkdə bu xətt üzrə avtobusların sayı artırıla bilər. /Trend/