Mələkxanım Əyyubova "Azərbaycan" DEDİ - VİDEO

Mələkxanım Əyyubova "Azərbaycan" DEDİ - VİDEO
MƏDƏNİYYƏT / Video

21-08-2020, 16:57

Mətn ölçüsü

Xalq artisti Mələkxanım Əyyubovadan yeni xəbər var.

Xanəndə "Azərbaycan" adlı vətənpərvər mahnı ifa edib. Mahnının musiqisi Rauf Məmmədova, sözləri Zivər Ağayevaya, bekvokal isə Ramal İsrafilova məxsusdur. Xalq artisti yeni işi ilə bağlı News24.az-a açıqlama verib: "Nə yaxşı ki, bu cür işlə bağlı bəzi media nümayəndələri maraqlanırlar. Mənasız, şişirdilmiş sözləri yazmaqdansa, belə vətənpərvər işləri işiqlandırmaq daha məqsədəuyğundur. Repertuarımda daim vətənpərvər ruhda mahnılar yer alıb. Belə bir dönəmdə isə xüsusi ilə bu cür işlər təbliğ olunmalıdır. Radiolarda, televiziyalarda bu cür mahnılar çox səsləndirməlidir. Sözügedən mahnını isə yeni aranjemanda yazdırmışam. Bu yaxınlarda klip də çəkdirəcəyəm. Vətənpərvər sənətçi kimi bunu etmək mənim borcum idi".

Sevda Bayramova

YouTube