"Toyların təşkilinin qarşısının alınması aidiyyəti orqanlar tərəfindən aparılır" - Yaqut Qarayeva
    • 21-08-2020, 17:54
    • 799

"Toyların təşkilinin qarşısının alınması aidiyyəti orqanlar tərəfindən aparılır" - Yaqut Qarayeva

"Bizim hər birimiz karantinin qaydalarına riayət etmək borcumuzdur. Karantin qaydalarının pozulması və ya toyların təşkili ilə bağlı proseslərin qarşısının alınması aidiyyəti orqanlar tərəfindən aparılır".

News24.az xəbər verir ki, bunu Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.