Ehsan Zahidov:
    • 22-08-2020, 14:26
    • 2 426

Ehsan Zahidov: "Toyda iştirak edən digər qonaqlarla bağlı tədbir görüləcək"

“Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bütün qonaqlarla bağlı müəyyən olunmuş qanun çərçivəsində tədbirlər görüləcək”.

Bunu News24.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Xatırladaq ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Mərasimdə AMEA-nın prezidenti Ramiz Mehdiyev, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və bir sıra vəzifəli şəxslər iştirak edib.

Bu gün Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Qərara əsasən, adıçəkilən şəxs İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib.

O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib. 

Məhərrəm Əliyev