Xəzər Dəniz Gəmiçiliyi dənizdə olanlara XƏBƏRDARLIQ ETDİ
    • 22-08-2020, 14:55
    • 690

Xəzər Dəniz Gəmiçiliyi dənizdə olanlara XƏBƏRDARLIQ ETDİ

Avqustun 23-ü axşam saatlarına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

News24.az xəbər verir ki, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Bundan başqa, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar