Təyyarə qəzaya UĞRADI - ÖLƏNLƏR VAR
    • 9-05-2020, 18:58
    • 852

Təyyarə qəzaya UĞRADI - ÖLƏNLƏR VAR

Bu gün Litvada An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vilnüs Polis Komissarlığının nümayəndəsi Yuliya Samorokovskaya bildirib.

"Vilnüs rayonunda qəza yerində həkimlər təyyarədə olan iki kişinin öldüyünü qeydə alıblar", - deyə Y. Samorokovskaya dedi.

Polisin məlumatına görə, qəzaya uğrayan “An-2” təyyarəsi Darüs və Girenas adına Aeroklubun balansında idi.