Azərbaycanda tələbələrin köçürülməsi başa çatıb
    • 24-08-2020, 11:11
    • 348

Azərbaycanda tələbələrin köçürülməsi başa çatıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən News24.az-a verilən xəbərə görə, elektron sənəd qəbulunda ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, yaxud bir ixtisasdan digərinə dəyişmək istəyən, magistratura səviyyəsində təhsil alan, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib. Sənəd qəbulu 17-23 avqust tarixlərində aparılıb.

Transfer.edu.az portalı vasitəsilə 1303 tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 92 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3001 nəfər təşkil edib. Onlardan 978 nəfəri öz sorğusunu təsdiq edib.