Tərtərdə avtomobildən 6 min manatlıq oğurluq edilib
    • 24-08-2020, 12:26
    • 460

Tərtərdə avtomobildən 6 min manatlıq oğurluq edilib

Tərtərdə avtomobildən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisində bir avtomobildən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini S. İsgəndərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.