Bakıda avtomobildən pul və telefon oğurlayan şəxs SAXLANILDI
    • 14-05-2020, 12:38
    • 713

Bakıda avtomobildən pul və telefon oğurlayan şəxs SAXLANILDI

Oğurluqda şübhəli bilinən Şərur rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyatı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisində “Ford” markalı avtomobildən 1 200 manat pul və 480 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini V.Quliyev saxlanılıb.