-
- 25-08-2020, 10:10
- 1 026
Yuxuda HEÇ VAXT edə bilmədiyimiz 6 hərəkət - ARAŞDIRMA
Yuxu limitsiz olduğu üçün real həyatda edə bilmədiyimiz çox hərəkəti zehnimizdə canlandırıb, reallaşdıra bilirik. Psixoloqların fikrincə, real həyatda gerçəkləşdirdiyimiz, ancaq bunu yuxuda bacarmadığımız 6 hərəkət var.
News24.az yuxuda heç vaxt edə bilmədiyimiz həmin 6 hərəkəti təqdim edir:
Smartfon istifadə etmək
Araşdırmalara görə, kişilərin 2.69, qadınların isə 3.55 faizi yuxuda smartfon görür. Buna səbəb kimi ağıllı telefonların və digər müasir texnoloji cihazların həyatımıza çox da uzaq olmayan bir zamanda daxil olması qeyd edilir. Stressli hadisələrin öhdəsindən gəlmək üçün yuxudan istifadə edən beynimiz smartfonlar kimi texnoloji cihazlara tam adaptasiya olmayıb.
Yazmaq, oxumaq və danışmaq
Yuxu gördüyümüz zaman beynimizin dillə əlaqəsi daha az aktiv olur. Bu səbəbdən yuxuda yazmaq, oxumaq və ya danışmaq daha çətindir. Bunun fərqində olmaya bilərsiniz, amma təqdiqatlar göstərir ki, yuxuda çox danışmırıq. Daha çox telepatiya etməklə əlaqə qura bilərik. Bu çətin deyil. Çünki yuxuda gördüyümüz hər bir obraz beynimizin məhsuludur. Bundan əlavə, istisna hal kimi gündəlik həyatda çox danışan, oxuyan və ya yazan insanların yuxuda danışdıqlarına dair qənaətlər də mövcuddur.
Yad adamlarla danışmaq
Bir nəzəriyyəyə görə, yuxuda yad insanlarla heç vaxt danışmırıq. Hesab edilir ki, yuxumuza girən insanlarla əvvəl haradasa ünsiyyət qurduğumuzdan onları beynimizdə canlandıra bilirik.
Fiziki fəaliyyətlə məşğul olmaq
Yuxuda yavaş hərəkət etdiyinizi heç hiss etmisiniz? Tədqiqatçılar qeyd edirlər ki, biz yatanda vaxtı həm daha sürətli, həm də yavaş qəbul edə bilərik. Buna görə də, yuxuda çox fiziki fəaliyyət göstərmirik.
Güzgüdə özümüzə baxmaq
Real həyatdakı fizika qanunlarından fərqli olaraq yuxuda əks olunma şüuraltındakı xatirələri rəhbər tutur. Gerçək dünyadan fərqli olaraq yuxuda inikas eyni olmur. Məsələn, güzgüyə baxdığımızda az çəkili olduğumuz halda özümüzü daha kök görə bilərik.
Yemək yemək
Bir mütəxəssisə görə, insanlar nadir hallarda yuxuda yemək təcrübəsi yaşayırlar. Yuxuda bəlkə də tez-tez yemək yeyirik, ancaq real həyatda nə yediyimizi və yeməyin dadını izah edə bilmirik.
Məhərrəm Əliyev