Köşkdən oğurluq edən tutuldu
    • 25-08-2020, 12:11
    • 570

Köşkdən oğurluq edən tutuldu

Bakıda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 3000 manat dəyərində tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Orucov saxlanılıb.