Siyavuş Novruzov:
    • 25-08-2020, 13:24
    • 1 712

Siyavuş Novruzov: "Özümü yaxşı hiss etmirəm"

“Özümü yaxşı hiss etmirəm və jurnalistlərə açıqlama vermirəm”. 

Bunu News24.az-ın "necəsiniz" sualına cavab olaraq Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. İlk sualımıza ürəksiz cavab verən S.Novruzov, daha sonra heç bir jurnalistlə danışmaq istəmədiyini bildirərək telefonu söndürüb. 

P.S. Hərçənd biz özü ilə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı verdiyi açıqlama barəsində danışmaq istəsək də, əhvalının pis olduğunu qeyd etdi. Hazırda özünü yaxşı hiss etmədiyi üçün deputatı anlayışla qarşılayırıq.

Ancaq məsələ burasındadır ki, biz və digər media orqanları nə zaman S.Novruzovdan açıqlama almaq istəsək o, iclasda olduğunu bildirir, çox istisna halda açıqlama verir. Həmin açıqlamaları isə ajiotaja səbəb olur. Ümid edirik millət vəkilimiz Milli Məclisin ən aktiv və fəal üzvü olduğu üçün mediaya vaxt ayırmır. Əks halda Siyavuş müəllimin heç bitməyən bir iclasda iştirak etməsi fikri bizə daha inandırıcı gələcək.  

Məhərrəm Əliyev