-
- 25-08-2020, 18:21
- 817
Gömrüklə bağlı yeni qərar vətəndaşların imkanlarını MƏHDUDLAŞDIRACAQ – Ekspert RƏYİ
“Nazirlər Kabinetinin gömrüklə bağlı yeni qərarı karqo şirkətlərində çalışan və sərhəd bölgələrində yaşayıb, ticarətlə məşğul olan insanların gəlirlərinə neqativ təsir göstərəcək”.
Bunu News24.az-a açıqlamasında Nazirlər Kabinetinin gömrüklə bağlı yeni qərarını təhlil edən iqtisadçı ekspert Rəşad Həsənov danışıb.
R.Həsənov qeyd edib ki, Nazirlər Kabinetinin 21 avqustda qəbul etdiyi qeyri-kommersiya məqsədi ilə ölkəyə güzəştli şərtlərlə gətirilən mallarla bağlı qaydalara dəyişiklik vətəndaş aspektindən qiymətləndirsək onların zərərinədir: “Burada iki istiqamətdə əsas dəyişiklik olub. Birinci şəxslər tərəfindən fiziki olaraq gömrük keçid məntəqələrinə gətirilən mallar üzrə güzəştli məbləğin 1500 dollardan 800 dollara qədər azaldılması və eyni zamanda həmin bənd üzrə yetkinlik yaşına çatmayan şəxslərə əlavə olaraq 500 dollar həcmində güzəştli hesablanma imkanı aradan qaldırılıb. İki dəfəyə yaxın azalma olsa da, bu, şərtlərdən asılı olaraq dəyişə bilər.
İkincisi isə Beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Burda da 3 dəfədən artıq azalma var. Eyni zamanda, hər ay 1 dəfə bu prosesə icazə verilir. Beləliklə, bu icazə faktiki olaraq vətəndaşların müvafiq istifadə imkanlarını daha da məhdudlaşdırıb”.
İqtisadçının sözlərinə görə, faktiki olaraq pandemiya dövründə sərhəd bölgələrində yaşayan insanların gündəlik dolanışığı daha çox məhz xırda ticarətdən formalaşırdı: “Bu insanların gəlirlərinə ciddi mənfi təsir göstərir. Digər tərəfdən insanların məhsul seçim imkanları azalacaq, xırda şirkətlər iflasa uğrayacaq. Xüsusilə, karqo xidməti göstərən, fərdi şəxslərin tələbini həyata keçirən müəssisələrdə artıq lazım olan vaxt ərzində müvafiq məhsulların həcminin toplanılmasında və ölkəyə gətirilməsində çətinliklər üzə çıxacaq. Karqo şirkətləri öz öhdəliklərini vaxtında yerinə gətirə bilmədikləri üçün müştərilər onlara inamını itirəcək”.
Sona Əsgərova