-
- 26-08-2020, 09:40
- 887
Oğuzda 4 qumbara tapıldı
DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Oğuz rayonu Bucaq kəndi ərazisində 2 ədəd şübhəli bağlamanın olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gəlib, bağlamalarda 4 ədəd qumbara və partladıcı olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ərazi dərhal mühafizəyə alınıb və ANAMA-nın əməkdaşları dəvət edilib. Agentliyin mütəxəssisləri əraziyə baxış keçirib və oradan 4 ədəd F-1 əl qumbarası və 1ədəd qumbara partladıcısı aşkarlanıb, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.