Kürdə bulanıqlıq artdı - İçməli suyun verilməsində məhdudiyyətlər olacaq
    • 27-08-2020, 13:16
    • 571

Kürdə bulanıqlıq artdı - İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

"Azərsu"dan News24.az-a verilən məlumata görə, bununla əlaqədar 27 avqust 2020-ci il tarixində Şirvan və  Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.