Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq
    • 25-08-2020, 10:36
    • 588

Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan,  Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə News24.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumatda istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.