Bir sıra şəhər və rayonlarda su kəsiləcək
    • 25-07-2020, 14:31
    • 818

Bir sıra şəhər və rayonlarda su kəsiləcək

Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə News24.az-a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məhdidiyyətlər Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalının müvəqqəti dayandırılması ilə bağlıdır.