Sabah Bakıda 32 dərəcə İSTİ OLACAQ
    • 27-08-2020, 13:42
    • 618

Sabah Bakıda 32 dərəcə İSTİ OLACAQ

Avqustun 28-dək gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, 28 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman müşahidə olunacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-21, gündüz 29-32, Bakıda  gecə 19-21, gündüz  29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz cənub-şərq küləyi  əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

28 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz  17-22 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz
Avqustun 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.