1000 manat dəyərində 700 kiloqram şaftalı oğurladı
    • 28-08-2020, 16:10
    • 613

1000 manat dəyərində 700 kiloqram şaftalı oğurladı

Qax rayon ərazisindəki torpaq sahələrinin birindən 700 kiloqram şaftalı oğurlanıb. 

News24.az DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 17-də qeydə alınıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində 1000 manat dəyərində olan 700 kiloqram şaftalı oğurlamaqda şübhəli bilinən Almalı kənd sakini C.Abdullayev saxlanılıb.