Samuxda evdən 6500 manatlıq QIZIL OĞURLANDI
    • 27-04-2020, 16:58
    • 786

Samuxda evdən 6500 manatlıq QIZIL OĞURLANDI

Samux və Bakının Nizami rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, Samux rayonu ərazisindəki evlərin birindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Tatlı kənd sakini A.Hüseynov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Aprelin 22-də paytaxtın Nizami rayonu ərazisində “Ford” markalı avtomobildən içərisində 300 manat pul və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səfərov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.