Məktəb alış-verişi ilə bağlı yarmarkalar təşkil edilə bilər
    • 29-08-2020, 12:02
    • 700

Məktəb alış-verişi ilə bağlı yarmarkalar təşkil edilə bilər

"Valideynlərin məktəb alış-verişinin təşkil edilməsi ilə bağlı əvvəlki təcrübəmizə söykənərək, müəyyən yarmarkalar təşkil edilə bilər. Ticarət mərkəzlərinin açılması məsələsi aktual deyil".

News24.az xəbər verir ki,  bunu Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.