Deputat Rüfət Aslanlını sərt tənqid etdi - “65 min maaş alır, adına çaxır buraxır...”
    • 8-10-2018, 11:47
    • 1 539

Deputat Rüfət Aslanlını sərt tənqid etdi - “65 min maaş alır, adına çaxır buraxır...”

Deputat Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında  Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.

İclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ləğv edildi: "Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər. Biz haqlı idik. Bu Palata iki ildir ki, fəaliyət göstərir. Ancaq  son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər. Hesab edirəm ki, prezident onunla bağlı düzgün qərar verdi".
Xatırladaq ki, oktyabrın 4-də  MBNP-nin DŞ-nın ləğv olunması ilə bağlı xəbər yayılıb.