Şüşəsi bir “Mersedes” qiymətinə… – Aslanlının çaxırı və axırı
    • 9-10-2018, 14:43
    • 1 679

Şüşəsi bir “Mersedes” qiymətinə… – Aslanlının çaxırı və axırı

“Maison d’Aslanli” çaxırının qiyməti 5000 avro imiş…

Adı vinor (çaxır) qalmaqalında hallanan Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ilə bağlı ciddi məlumatlar dolaşmaqdadır.

Deputat Vahid Əhdəmov Milli Məclisin komitə iclasında uzun müddətdir ətrafında söz gedən “Maison d’Aslanli” çaxırı ilə bağlı danışıb: “Harada görülüb ki, çaxır buraxasan, üstünə də adını yazdırasan…”.

“Maison d’Aslanli” çaxırı ilə bağlı kiçicik araşdırma apardıq. Məlum oldu ki, Fransanın “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var.

Yerli bazarda bu kimi şərablara rast gəlmək mümkün deyil. Bakıda fəaliyyət göstərən şərab evlərində apardığımız araşdırma zamanı da bunun şahidi olduq. Satıcıların dediklərinə görə, sözügedən çaxır brend olduğuna görə, məmurların rəsmi ziyafətlərində verilir. Bakıda isə demək olar ki tapılmır. Bunu ancaq xüsusi yollarla əldə etmək olar.

//AzNews.az