-
- 31-08-2020, 13:35
- 1 104
"Stress içindəyəm" – KARANTİNİN DƏHŞƏTLİ FƏSADLARI
Son zamanlar cəmiyyətdə aqressiyanın hökm sürməsini hər birimiz müşahidə edirik. Bu, istər ictimai nəqliyyatda, istərsə də ticarət, iaşə və xidmət obyektlərində özünü büruzə verir. İnsanlar bir-birlərinə neqativ enerji ötürür və beləliklə, cəmiyyətin aqressivləşməsinə təkan verilir.
Bəs bu aqressiya nədən qaynaqlanır? Karantin dönəmində necə etməliyik ki, neqativ enerjini düzgün tənzimləyək və daha sakit bir cəmiyyətdə öz fəaliyyətimizə davam edək?
News24.az məsələ ilə bağlı psixoloqların fikirlərini öyrənib.
Psixoloq Orxan Oruc bildirib ki, ümumiyyətlə, bizim coğrafiyada yaşayan insanlar bir qədər emosionaldır: “Digər xalqları və millətləri də bura aid edə bilərik. İnsanlar verilən qərarlarda, atılan addımlarda məntiqli düşünmək yerinə emosiyaların təsirinə daha tez düşürlər. Bunun təbiət və günəşlə bağlı olan səbəbləri var. Yəni coğrafi faktorların təsirini qeyd edə bilərik. Karantin dönəmində dünyanın çox ölkəsində emosiyalar qabarıq olur. Bu da sosial məhdudiyyətlər və maddi sıxıntılarla bağlıdır. Daxilimizdə yığılan aqressiyanı özümüzdən uzaqlaşdırmaq üçün xüsusi bir mühit yoxdur. İstirahət imkanlarımız zəifləyib. Əvvəlki illərdə olduğu kimi, rahatlıqla öz istirahətimizi planlaya bilmirik. Bunların hamısı cəmiyyətdə insanların bir-birlərinə qarşı daha kobud münasibət göstərməyinə təsir edir”.
O.Oruc vurğulayıb ki, bizim cəmiyyətdə aqressiyanın tənzimlənməsi bir az da qürur məsələsi ilə əlaqədardır: “Bir çox hallarda bizdə kobudluq edənə qarşı eyni reaksiyanı verməmək zəiflik kimi qiymətləndirilir. Bu qürur məsələsi əsasən cəmiyyət arasında daha çox qabarır, nəinki təklikdə. Aqressiyanın tənzimlənməsi üçün xüsusi bir üsul yoxdur. Çünki bu mövzu individual xarakter daşıyır. Hər kəs bu dönəmdə öz emosiyasını, psixikasını, fiziki vəziyyətini və immunitet sistemini daha həssas idarə etməlidir ki, proses onun üçün zərərsiz başa çatsın. Əks halda problemləri və karantin dönəmini əsas götürüb, neqativə kökləməklə pandemiyanın vura biləcəyi zərərlərin daha da artmasına şərait yaradacağıq. Bu baxımdan emosiyalarla yox, rasional yanaşıb, soyuqqanlı davranaraq vəziyyəti idarə etməyə çalışmalıyıq. Bunu əvvəlcə fərd, daha sonra cəmiyyət olaraq reallaşdırmalıyıq”.
Psixoloq Vəfa Əkbər qeyd edib ki, karantinin daha da uzanması cəmiyyətdə müəyyən fəsadlara yol açacaq:
“Pandemiya dönəmində cəmiyyətdə aqressiyanın artmasının bir sıra səbəbləri var. Səbəblər sırasında insanların istirahətinin olmaması, fəaliyyətlərinin minimuma enməsi, qapalı məkanda uzun vaxt keçirmələri və məişət problemlərinin artmasını qeyd edə bilərik. Bu enerji aqressiyaya deformasiya olduğundan sonradan cəmiyyətdə mənfi təsirlə özünü büruzə verir. İnsanlar daha kəskin, sərt və hövsələsiz olub. Bu, cəmiyyətin sosial həyatdan təcrid olunmaları ilə bağlıdır”.
V.Əkbərin fikrincə, aktiv həyat neqativ auranı minimuma endirəcək: “Aqressiyanın tənzimlənməsi üçün yaxşı olardı ki, karantin müddəti yumşaldıqca, insanlar təmiz hava qəbul etsin, dostları ilə görüşsün, gəzintiyə çıxsın və s. Yəni, aktiv həyata keçmək effektli olacaq. Karantin yumşaldıqca, aqressiyanın dozasının azaldığını müşahidə edə bilərik. Ancaq karantin müddəti uzanacağı təqdirdə insanlarda asosiallıq, özünə qapanma, bədbinlik özünü büruzə verəcək və emosional yüklənmə hökm sürəcək”.
Psixoloq Gülnarə Əliyeva vurğulayıb ki, karantindən əvvəl və sonrakı cəmiyyət arasında insanların psixologiyasında böyük fərq var:
“Əvvəllər insanlar qorxu, stress keçirib, koronavirusdan qorxduqları halda artıq xəstəliyi önəmsəmir və boşdan alırlar. Hazırkı mərhələ biz mütəxəssislərin ən qorxduğu dönəmdir. Bu, çox dəhşətli bir mərhələdir. Azadlıq məhdudlaşdıqca, stress artır. Karantin dönəmində insanlarda müxtəlif hisslər peyda oldu. Yetərsizlik, ac qalma, sağlamlığı təmin etməmə kimi duyğular insanların psixologiyasına böyük zərbə vurdu. Maddi itkilər də stressin formalaşmasında müəyyən rol oynadı. Bu gərginlik zamanla nifrətlə əvəzləndi. Sosial məsafələr də insanların öz sevdiklərindən, yaxınlarından uzaq qalması ilə nəticələndi. İnsan sosial varlıqdır, cəmiyyətlə birgə inkişaf edir, ünsiyyətdə olmağı sevir. Ancaq karantin rejimi insanları psixoloji çökdürdü. Bu hisslər karantinin ilk dönəminə aiddir”.
G.Əliyevanın sözlərinə görə, digər ölkələr karantin rejimini vaxtında yumşaltsa da, biz bu məsələdə gecikdik: “Bəlkə də biz mütəxəssislər də düzgün istiqamət vermədik. Həmçinin, karantin rejiminin sıravi vətəndaşlar tərəfindən icrasının tələb olunması və bəzi vəzifəli şəxslər tərəfindən pozulması insanlarda aqressiya yaratdı. Operativ Qərargahın bəzi qərarlarının pasiyentlərimdə aqressiya yaratdığını qeyd etməliyəm. İnsanları stressə salan əsas məsələ müəyyən olunmamış gələcəkdir. Yəni konkret çıxış yolunun göstərilməməsi aqressiya yaradan faktorlardan biridir. Məni ən çox qorxudan və dəhşətə gətirən insanların vecsizlik mərhələsinə gəlib çatmasıdır. Operativ Qərargah növbəti qərarlarında insanların psixologiyasını nəzərə addımları o istiqamətdə atmalıdır”.
Psixoloq aqressiyadan qorunmaq üçün bəzi təkliflər də edib: “Aqressiyanı azaltmaq üçün müəyyən addımlar atmaq lazımdır. Bunun üçün insanlar əvvəlki davranışlarını təkrarlamalıdır. Vətəndaşlarımız aqressiyanı cəmiyyətə yaymaq yerinə, incəsənətlə məşğul ola bilərlər. Nəsə yaza, çəkə və ya rəngləyə bilərlər. Burada hansısa bir sənət əsəri yaratmaq önəmli deyil. Əsas məsələ şiddətin boşalmasıdır. Sevdiklərimizlə görüntülü də olsa danışmalı, pozitiv xəbərlər oxumalıyıq. Qorxu və stress keçirən insanların immuniteti aşağı düşdüyü üçün bütün xəstəliklərə yoluxma riskləri böyükdür. Bu baxımdan nikbin olmaq önəmlidir. Bütün xəstəliklərin kökü psixolojidir. Buna görə də psixologiyamızı sağlam saxlamılıyıq ki, digər xəstəlikləri özümüzə yaxın buraxmayaq”.
Məhərrəm Əliyev