"8-ci kilometr bazarı" bağlanır? - RƏSMİ AÇIQLAMA
    • 31-08-2020, 14:05
    • 864

"8-ci kilometr bazarı" bağlanır? - RƏSMİ AÇIQLAMA

Səhər saatlarından yerli media saytlarında paytaxtın ən məşhur bazarlarından biri olan "8-ci kilometr bazarı"nın bağlanması ilə bağlı xəbərlər yayılıb. Deyilənlərə görə, dünən bazardakı sahibkarlara bu barədə xəbərdarlıq edilib. Bazarın COVİD 19 pandemiyası səbəbindən bağlandığı bildirilir. Qeyd olunub ki, bazara giriş yoxdur və bir çox mağazalar bu gündən faəliyyət göstərmir. 

Məsələni aydınlaşdırmq üçün bazarın məhsuldar şəxsi ilə əlaqə saxladıq. Bazarın maliyyə üzrə nəzarətçisi Bəhram Cəfərov News24.az-a açıqlamasında qeyd edib ki, bazar mart ayından çalışmır: "Yayılan xəbərlər qismən doğrudur. Bazar dünəndən etibarən yox, mart ayından bağlıdır. Səbəbi isə pandemiyadır. Ancaq kənarda fərdi şəkildə çalışan mağazalar açıqdır. Onlar isə bizə aid deyil. Özəl sahibkarların çalışmalarına icazələri var".

Sahibkarlardan biri isə saytımıza açıqlamasında özəl mağazaların, eyni zamanda onun şəxsi obyektinin hazırda fəaliyyət göstərdiyini deyib. 

Sevda Bayramova