Bakıya gələn mikroavtobus aşdı - Yaralılar var
    • 8-10-2018, 12:42
    • 1 155

Bakıya gələn mikroavtobus aşdı - Yaralılar var

Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Məlumatda bildirilib ki, yaralıların 4-ü kişi, 2-si qadındır. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.