"Zaqar" qəbul etmək üçün uçuşa hazırlaşan təyyarənin qanadına çıxdı - VİDEO
    • 1-09-2020, 12:50
    • 460

"Zaqar" qəbul etmək üçün uçuşa hazırlaşan təyyarənin qanadına çıxdı - VİDEO

Qadın sərnişin günəş vannası qəbul etmək üçün təyyarənin təxliyyə qapısından qanadın üzərinə çıxıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynada Borispol Hava Limanında baş verib.

Hava limanı işçiləri tərəfindən çəkilən videoda qadının təyyarənin qanadında oturduğu görünür.

Günəş vannası həvəskarını ekipaj üzvləri tapıb.

Hadisə yola çıxmazdan əvvəl baş verib.