Zakir Həsənov Moskvaya gedir
    • 2-09-2020, 15:48
    • 780

Zakir Həsənov Moskvaya gedir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən News24.az-a verilən xəbərə görə, səfər sentyabrın 6-dək davam edəcək.