Zakir Həsənov sabah Rusiyaya gedəcək
    • 3-06-2019, 17:37
    • 853

Zakir Həsənov sabah Rusiyaya gedəcək

İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün iyunun 4-də Anapa şəhərinə yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.