Koronavirusa yoluxmaların sayı 26 MİLYONU KEÇDİ
    • 3-09-2020, 10:10
    • 598

Koronavirusa yoluxmaların sayı 26 MİLYONU KEÇDİ

Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 26 milyonu keçib.

News24.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarına əsasən Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada koronavirus infeksiyasına yoluxanların sayı 26 milyon 31 min 410-a çatıb.

Universitetin məlumatına görə, COVID-19 aşkarlanan 863 min 028 xəstə ölüb. Bu günə qədər 17,3 milyon insan xəstəlikdən sağalıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 11 mart tarixindən etibarən yeni koronavirus infeksiyası COVID-19-un pandemiya olduğunu elan edib..