ABŞ-da koronavirus qurbanlarının sayı 14 min nəfəri ötdü
    • 9-04-2020, 01:30
    • 1 057

ABŞ-da koronavirus qurbanlarının sayı 14 min nəfəri ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, ölkədə pandemiya qurbanlarının sayı 14 262 nəfərə çatıb. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı demək olar 420 min nəfərə yüksəlib. Koronavirusa yoluxmuş 23 minə yaxın insan sağalıb. 
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

***23:46
ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Bildirilir ki, ölkədə ümumilikdə 401 166 nəfər virusa yoluxub, koronavirusdan ölənlərin sayı 13 minə (12 936 nəfər) yaxınlaşıb. Birləşmiş Ştatlarda 22,5 mindən çox pasiyent sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb. 
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. /Report/