Bakıda 12 yaşlı velosiped sürən azyaşlını maşın vurub öldürdü
    • 4-09-2020, 10:09
    • 639

Bakıda 12 yaşlı velosiped sürən azyaşlını maşın vurub öldürdü

Bakıda azyaşlını avtomobil vurub öldürüb.

News24.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

E.Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.