Bakıda mənzildən meyit tapılıb
    • 4-09-2020, 16:45
    • 657

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.