Azərbaycanda nə qədər məhkum elektron qolbaq daşıyır?
    • 8-10-2018, 15:35
    • 1 166

Azərbaycanda nə qədər məhkum elektron qolbaq daşıyır?

Azərbaycanda 230-dan çox məhkum elektron qolbaq daşıyır ki, onlar müvafiq cəzalarını çəkirlər və Elektron Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.
Bu barədə  Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilən, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır.

Bildirilib ki, bu məqsədlə Ədliyyə Nazirliyi Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi fəaliyyət göstərir.