Ramiz Mehdiyevin kürəkəni və qudası AZADLIĞA ÇIXIB - VİDEO
    • 6-09-2020, 11:40
    • 676

Ramiz Mehdiyevin kürəkəni və qudası AZADLIĞA ÇIXIB - VİDEO

AMEA prezidenti Ramiz Mehdiyevin həbs edilən kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev azadlığa çıxıblar.

News24.az
xəbər verir ki, hər iki şəxs inzibati qaydada barələrində verilən 15 gün həbs cəzasını başa vurublar.

İ. Əliyev Azərbaycan Prezidentindən, Birfinci vitse-prezidentdən və Azərbaycan xalqından üzr istədiyini deyib, ölkə rəhbərliyindən bağışlanmasını xahiş edib.

Qeyd edək ki, Abşeron rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib.

Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.