-
- 7-09-2020, 17:14
- 1 962
Balaxanıya giriş biletlə olacaq - EKSKLÜZİV - FOTOFAKT
Bakının yenilənən Balaxanı qəsəbəsində maraqlı məqam diqqət çəkib.
News24.az-ın məlumatına görə, son müddətdir paytaxt sakinlərinin şəkil çəkdirmək üçün sevimli məkanına çevrilən sözügedən qəsəbədə bilet satış köşkü və valyuta mübadilə mənqəsi quraşdırılıb.
Bu məqam isə sakinlərdə Balaxanı qəsəbəsinə girişin gələcəkdə biletlə olacağı fikrini yaradıb.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin şöbə müdiri Elşən Həsənli News24.az-a açıqlamasında sözügedən köşklə bağlı məlumatının olmadığını və Balaxanı qəsəbə nümayəndəliyi ilə əlaqə saxlamalı olduğumuzu bildirdi.
Dəfələrlə Balaxanı qəsəbə nümayəndəliyi ilə əlaqə saxlamağa cəhd etsək də telefonlara cavab verən olmadı.
Mədəniyyət Nazirliyindən də köşkün onlara aid olmadığı qeyd edildi. Eyni zamanda da Mədəni İrsin Qorumnası, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti ilə əlaqə saxlamağımızı istədilər. Qurum sözçüsü Fariz Hüseynov News24.az-ın sualına cavab olaraq Balaxanı qəsəbəsində bir neçə tarixi abidələrin olduğunu, lakin həmin köşkdən xəbərdar olmadığını deyib.
Teymur Məmmədov