-
- 7-09-2020, 17:00
- 381
Hindistanın Bakıdakı Səfirliyində onlayn Müəllimlər Günü QEYD EDİLDİ
Hindistanın Bakıdakı Səfirliyi 7 sentyabrda onlayn tədbir vasitəsilə Müəllimlər Gününü qeyd edib.
Bu barədə News24.az-a səfirliyin mətbuat xidmətindın məlumat verilib.
Bildirilib ki, ilk dəfədir ki Hindistan Höküməti dünya ölkələrində tədrislə məşğul olan hindistanlı müəllimlərin və əslən Hindistandan olan müəllimlərin şərəffinə kampaniya başladıb.
Azərbaycanda, azərbaycanlı uşaqların və gənclərin parlaq gələcəyini formalaşdırmaqla bacarıqların yüksək inkişafı ilə məşğul olan 11 hindistanlı müəllim var. Hindistanlı müəllimlər ibtidai məktəblərdən orta məktəblərə qədər Azərbaycanın müxtəlif məktəblərində çalışmaqdadırlar.
Məlumdur ki, müəllimlər şagirdlərə xüsusi bağlarla bağlıdır, çünki onlar şagirdləri kitablar və öz həyat təcrübələri vasitəsilə öyrədir. Müəllimlər öz şagirdlərini yalnız peşəkar həyatda deyil, həm də şəxsi həyatda uğurlu olmağa hazırlayırlar. Bizim cəmiyyətlərimizdə müəllimlər hörmətlə qarşılanır və onların şərəfinə 5 sentyabr tarixi Hindistanda Müəllimlər Günü kimi qeyd olunur. Bu tarix, Hindistanın keçmiş ikinci Prezidenti və keçmiş birinci Vitse-Prezidenti olmuş məşhur akademik, filosof Bharat Ratjna mükafatçısı Dr. S. Radhakrishnanın anadan olma ildönümü günüdür. O, ixtisasca kübar müəllim idi, və nəticə olaraq 1962-ci ildə onun doğum ildönümünün Müəllimlər Günü olaraq qeyd edilməsi qərara alındı.
Tədbir ərzində 11 hindistanlı müəllimin hər biri Azərbaycandakı mükəmməl iş təcrübələrindən və bu ölkədə qazandıqları böyük dəyər və hörmətdən danışdılar.