Qobustanda qəza olub, yaralanan var
    • 8-09-2020, 15:24
    • 598

Qobustanda qəza olub, yaralanan var

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.

"VAZ 2107" və "Renault" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən "Renault" aşıb. Hadisə zamanı Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü sürücü Hüseynov İlkin Vurğun oğlu xəsarət alıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.