Eşqi Bağırov: "MİQ imtahanlarında 40 minə yaxın namizəd iştirak edib"
    • 8-09-2020, 16:27
    • 669

Eşqi Bağırov: "MİQ imtahanlarında 40 minə yaxın namizəd iştirak edib"

“Müəllimlərin İşə Qəbulu müsabiqəsinin test imtahanları tam fərqli formatda həyata keçirilib. Pandemiya şəraitində imtahanları təkcə bir məkanda, Bakı şəhərində yox, ölkənin 17 şəhər və rayonu olmaqla 32 mərkəzdə təşkil edilib”.

News24.az xəbər verirki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, bu gün imtahanların sonuncu günüdür: “İmtahanlarda ümumilikdə 40 minə yaxın namizəd iştirak edib. Bütün fənlər üzrə imtahanlarda iştirak edən namizədlər olub. Əvvəlki illərdən fərqli olaraq imtahanı başa çatdıran namizədlər şəxsi səhifələrindən ötən həftədən başlayaraq elektron formada apelyasiya müraciəti etmək imkanına malik olublar. Apelyasiya mərhələsi başa çatandan sonra namizədlər bu gün saat 14:00-dan başlayaraq vakansiya seçiminə başlayıblar. Onlara 8 vakant yer seçmək imkanı yaradılacaq. Bu mərhələnin sonunda uyğun namizədlər vakant yerlərə elektron qaydada yerləşdiriləcəklər”.