Sumqayıtda avtomobilin vurduğu piyada öldü
    • 9-09-2020, 12:26
    • 673

Sumqayıtda avtomobilin vurduğu piyada öldü

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sentyabrın 8-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini A. Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Zaur Cavadovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.