Hindistanda yoluxma rekordu HƏR GÜN YENİLƏNİR
    • 10-09-2020, 11:08
    • 568

Hindistanda yoluxma rekordu HƏR GÜN YENİLƏNİR

Hindistanda son bir gündə 95.7 mindən çox koronavirusa yoluxma qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailənin Rifahı Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, bu rəqəm ölkədə koronavirus pandemiyası başladığı gündən indiyə qədər olan ən böyük göstəricidir. 

Qeyd edək ki, Hindistan yoluxma sayına görə dünyada 2-ci sırada qərarlaşır. Ölkədə ümumi yoluxma sayı 4,46 milyondan artıqdır.