Hindistanda koronavirusa yoluxmada rekord - Dünya üzrə 2-ci yerdədir
    • 7-09-2020, 09:18
    • 569

Hindistanda koronavirusa yoluxmada rekord - Dünya üzrə 2-ci yerdədir

Hindistan koronavirusa yoluxanların sayına görə dünyada ikinci yerdədir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu günə qədər Hindistanda 4 milyon 204 min 613 insanda yoluxma qeydə alınıb.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, həkimlər son bir gündə rekord sayda - 90,8 mindən çox xəstədə COVİD-19-a yoluxma aşkar ediblər.

Hindistanda ardıcıl olaraq 2 gündür ki, yoluxma sayı 90 mini keçir.