Nazir müavini məktəb açılışında iştirak etdi - FOTOLAR
    • 10-09-2020, 14:39
    • 759

Nazir müavini məktəb açılışında iştirak etdi - FOTOLAR

Sentyabrın 10-da  Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi “Bağlar” massivində yerləşən Laçın rayonu  21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov və məktəb direktoru iştirak edib.

Açılışda qeyd olunub ki, sözügedən məktəb 264 şagird yerlikdir. Təhsil müəssisəsində 11 sinif və məktəbəhazırlıq otağı, eləcə də 3 laboratoriya, fizika, kimya, informatika, hərbi hazırlıq və 2 texnologiya kabineti var. Məktəb üçün geniş və müasir idman zalı, kitabxana, həmçinin 162 yerlik akt zalı istifadəyə verilib. Məktəbdə 35 pedoqoji və 14 texniki işçi çalışır.

Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.