Tanınmış aparıcı 5 ildən sonra YENİDƏN EFİRDƏ - FOTO
    • 10-09-2020, 22:34
    • 1 525

Tanınmış aparıcı 5 ildən sonra YENİDƏN EFİRDƏ - FOTO

Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır. 

News24.az xəbər verir ki, bu sahədə 16 illik təcrübəsi olan S.Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq. 

Teleaparıcı artıq sentyabrın 14-dən etibarən AzTV-nin “Xəbərlər” İnformasiya proqramını  təqdim edəcək.

Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb.